Sumqayıtda yeni yarmarka təşkil olunub

Sumqayıtda yeni yarmarka təşkil olunub
11:34 30 Dekabr 2015
16 Sosial
Ölkə mətbuatı
A- A+

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Sumqayıtda yeni ərzaq yarmarkası təşkil edilib.

 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məqsəd Sumqayıt şəhərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınmasıdır.

 

Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi dekabrın 29-da Sumqayıt şəhəri, Avtovağzalın ərazisində kənd təsərrüfatı məhsullarının əlavə, yeni satış yarmarkasını təşkil edib.

 

Qeyd edək ki, yarmarka mütəmadi və davamlı olaraq keçiriləcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR