Norveç şirkəti Azərbaycanda nümayəndəliyini açır

Norveç şirkəti Azərbaycanda nümayəndəliyini açır
11:38 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanda Norveçin "Aker Solutions ASA" şirkəti qeydiyyata alınıb. Trend-in "Vergilər" qəzetinə istinadən verdiyi məlumata görə, şirkət əsasən şelfdə olmaqla neft-qaz istehsal obyektlərinin tikintisi və layihələndirməsi sahəsində xidmət göstərir.

Yeni şirkətin (MMC) hüquqi nümayəndəsi Ole Paulsendir. Şirkət dekabrın 4-də Vergilər Nazirliyində qeydiyyatdan keçib.

MMC aşağıdakı ünvanda qeydiyyata alınıb: Bakı, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 4/189, Falez Plaza.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2475698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR