Bakı Ali Neft Məktəbinin rektoruna ilin “Ən yaxşı rektor”u diplomu təqdim olunub

Bakı Ali Neft Məktəbinin rektoruna ilin “Ən yaxşı rektor”u diplomu təqdim olunub
11:43 30 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımova “Azerbaycan Universitetleri” Facebook səhifəsi tərəfindən keçirilən 2014/2015-ci tədris ili üçün "Ən yaxşı rektor" müsabiqəsinin qalibi olaraq diplom təqdim olunub.
BANM-dən AZƏRTAC-a bildirilib ki, universitetlərin reytinq lideri olan E.Qasımov mövsüm ərzində aktivliyinə, tələbələr arasındakı nüfuzuna, rektoru olduğu ali təhsil müəssisəsində tələbələr üçün əsil nümunəvi şərait yaratdığına, rəhbərlik etdiyi ali məktəbin media ilə əlaqələrinin daha sıx qurulmasına və digər universitet tələbələri arasında keçirilən simvolik rəmzi səsvermədə üstün olmasına (41%) görə bu ada layiq görülüb.
Builki müsabiqədə II yerə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərov, III yerə isə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Ədalət Muradov sahib olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Ali_Neft_Mektebinin_rektoruna_ilin_An_yaxsi_rektoru_diplomu_teqdim_olunub-915480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR