FHN Şəmkirdə taktiki-xüsusi təlim keçirib

FHN Şəmkirdə taktiki-xüsusi təlim keçirib
11:44 30 Dekabr 2015
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi ( FHN)  Gəncə Regional Mərkəzinin, nazirliyin qurumlarının regionda yerləşən struktur bölmələrinin, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının qüvvələrinin iştirakı ilə 28-29 dekabr tarixlərində Şəmkir Su Elektrik Stansiyasının ərazisində taktiki-xüsusi təlim keçirilib.

 

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı komandir-rəis heyətinin fövqəladə hal nəticəsində yaranmış vəziyyətin operativ qiymətləndirilməsi, idarəetmə və fəaliyyətin təşkili sahəsində təcrübələrinin daha da artırılması, şəxsi heyətin peşəkar vərdişlərinin gücləndirilməsi, aidiyyəti yerli icra hakimiyyəti orqanları və FHN-in qurumları arasında qarşılıqlı əlaqənin təşkilindən ibarət olub. Təlimə 286 nəfər şəxsi heyət və 36 ədəd texnika cəlb olunub.

 

Qeyd edək ki, təlimi fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev izləyib. 

 
















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR