​Bakı küçələrində dollar satanları hansı cəzalar gözləyir?

11:57 30 Dekabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Bəs qanunvericilikdə ictimai yerlərdə qanunsuz valyuta mübadiləsi həyata keçirənləri hansı cəzalar gözləyir?
“Report”un məlumatına görə, ictimai yerlərdə qanunsuz valyuta mübadiləsi edənlər üçün cəzalar İnzibati Xətalar Məcəlləsinin 222-ci (Valyuta tənzimi qaydalarının pozulması) maddəsində nəzərdə tutulub. Həmin maddənin ilk bəndinə əsasən, valyuta tənzimi haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizindən yetmiş faizinədək miqdarda cərimə edilir.
Məsələn, 5 min ABŞ dolları satan şəxs həmin zaman polis əməkdaşları tərəfindən saxlanılırsa, onun üzərində ümumilikdə 10 min ABŞ dolları varsa, cərimə hansı vəsaitdən çıxılmalıdır: 5 min, yoxsa 10 min dollardan?
Vəkil Vamiq Şükür “Report”a deyib ki, bununla bağlı inzibati cəriməni tətbiq edən qurum bütün tərəfləri, o cümlədən valyuta alan və satan şəxsi, həmçinin şahidləri dinlədikdən sonra müvafiq qərar qəbul edir. Bu zaman cərimə həm satılan valyutanın, həm də onu satan şəxsin üzərindəki bütün valyuta vəsaitindən hesablana bilər.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/baki-kucelerinde-dollar-satanlari-hansi-cezalar-gozleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR