Narınqalada Rusiya sərhədçisi öldürüldü, 11 nəfər yaralandı

Narınqalada Rusiya sərhədçisi öldürüldü, 11 nəfər yaralandı
12:05 30 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 30-na keçən gecə Dağıstanın Dərbənd şəhərində naməlum şəxslər qədim Narınqalanı ziyarət edən bir qrup şəxsə atəş açıblar.

APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, nəticədə 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanları qalanın meşə massivi istiqamətindən atəşə tutulduğunu bildiriblər. TASS agentliyi atəşə tutulanların turistlər yox, hərbçilər olduğu barədə xəbər yayıb. Ölən şəxs sərhədçidir.

Faktla əlaqədar cinayət işi açılıb. Dağıstan prezidenti Ramazan Abdulatipov bildirib ki, atəş açanlar qanunsuz silahlı dəstənin üzvləri olublar. O söz verib ki, Dağıstan hakimiyyəti günahkarların tapılıb məsuliyyətə cəlb edilməsi üçün bütün qüvvəsini səfərbər edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/394244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR