Azərbaycanda Yeni il tətili başlayır

Azərbaycanda Yeni il tətili başlayır
12:05 30 Dekabr 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün qeyri-iş günü olacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.

2016-cı il 2 yanvar tarixi şənbəyə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 yanvar qeyri-iş günü olacaq.

Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq 5 gün - 31 dekabr, 1, 2, 3, 4 yanvar qeyri-iş günüdür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/394243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR