Sumqayıtda kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil edilib

Sumqayıtda kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil edilib
12:07 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Sumqayıt şəhəri, Sumqayıt Avtovağzalının ərazisində kənd təsərrüfatı məhsullarının əlavə, yeni satış yarmarkası təşkil edilib. 
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan xəbərə görə, qurum Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları ilə əlaqədar Sumqayıt şəhəri əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədilə bu tədbiri həyata keçirib. 
Qeyd edilir ki, yarmarka mütəmadi və davamlı olaraq keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/sumqayitda-kend-teserrufati-mehsullarinin-yarmarkasi-teskil-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR