Məscid təhqir edildi (FOTO)

Məscid təhqir edildi (FOTO)
12:11 30 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Las-Veqas şəhərində naməlum şəxslər məscidin qapısından donuz əti asıblar.

ANS PRESS-in məlumatına görə, səhər namazından çıxan müsəlmanlar xoşagəlməz hadisə ilə üzləşiblər.

ABŞ İslam münasibətləri Komitəsinin rəhbəri İbrahim Huper bunu münasibətləri korlamağa, müsəlmanları təhqir etməyə və qorxu altında saxlamağa cəhd kimi qiymətləndirib. Günahkarların tez bir zamanda tapılıb cəzalandırılmasını tələb edib.


Məscidin qapısından asılan donuz əti.


Parisdə baş verən terror hadisələri fonunda müsəlmanlara qarşı münasibət gərginləşib.

Bundan bir neçə müddət əvvəl ABŞ-ın Filadelfiya şəhərində naməlum şəxs donuz başını məscidin qapısından asıb.

Digər analoji hadisə İngiltərədə də baş verib. Lankaşirdə donuz başı müsəlman uşaqların təhsil aldığı məktəbin həyətinə atılmışdı.

Belə bir hadisə Azərbaycanın qonşusu Gürcüstanda baş verib. Kobuletinin Lermontov küçəsində yerli xristianlar donuzu kəsərək başını mədrəsə kimi fəaliyyət göstərən evin qapısından asıblar.

Məsələyə Gürcüstan Patriarxlığı da münasibət bildirib. Patriarxlığın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri David Şaraşenidze qeyd edib ki, bütün Gürcüstanın patriarxı 2-ci İlya məlum hadisəni pisləyərək bunu insanların dini duyğuları və inanclarını təhqir kimi qəbul edib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368501

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR