Bulvarın bayram ənənəsi dəyişdi: bu il atəşfəşanlıq olacaq, amma...

Bulvarın bayram ənənəsi dəyişdi: bu il atəşfəşanlıq olacaq, amma...
12:12 30 Dekabr 2015
86 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 31-də gecə saat 12-də, il dəyişən zaman, Bakı Bulvarında atəşfəşanlıq olacaq.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Trend-ə bildirib ki, artıq bulvarda atəşfəşanlıq üçün lazım olan elementlər quraşdırılıb:

"Onlar estakadaların üzərində quraşdırılıb".

Hər il bulvar ərazisində Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən konsertin keçirildiyini deyən idarənin rəis müavini əlavə edib ki, dekabrın 31-də konsert proqramının keçirilməsi nəzərdə tutulmayıb.

N.Məcidov qeyd edib ki, Yeni il bayramı günlərində bulvar ərazisindəki obyektlər paytaxt sakinlərinə və şəhərin qonaqlarına bütün gün ərzində xidmət göstərəcək: "Dekabrın 31-də obyektlər müştəriləri məmnun etmək üçün gün ərzində işləyəcək. Sonrakı bayram günlərində isə tələbatdan asılı olaraq, iş vaxtlarını uzadacaq".

N.Məcidov qeyd edib ki, attraksionların qiymətlərində dəyişiklik baş verməsə də, iqtisadi böhranla əlaqədar obyektlərdə göstərilən xidmət haqlarının qiymətlərində bahalaşma müşahidə edilə bilər: "Bazarda müəyyən məhsulların qiymətləri qalxıb. Onda, təbii ki, bulvarda da qiymətlər qalxacaq. Qiymətlər bazar iqtisadiyyatının qanunları ilə tənzimlənir. Amma süni qiymət artımına qarşı mübarizə həmişə olduğu kimi, bu il də aparılacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/394246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR