Hava şəraiti ilə əlaqədar İstanbuldan Azərbaycana olan uçuşlar təxirə salınıb

12:13 30 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Qarlı hava şəraiti ilə əlaqədar dekabrın 30-u və 31-də “Türk Hava Yolları” İstanbul Atatürk və İstanbul “Sabiha Gökçən” aeroportundan olan uçuşları müvəqqəti olaraq dayandırıb.
Dekabrın 31-də İstanbulun Atatürk aeroportundan Azərbaycana - Bakı, Naxçıvan və Gəncə istiqamətində həyata keçiriləcək uçuşlar da təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın (THY) rəsmi saytı məlumat verir.
Lakin “Azərbaycan Hava Yolları” (AZAL) İstanbula olan reysləri təxirə salmayıb. AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinın sözlərinə görə, “Azərbaycan Hava Yolları” heç bir reysi təxirə salmayıb: “Bu gün səhər saatlarında AZAL-ın təyyarəsi İstanbulun “Sabiha Gökçən” aeroportuna eniş edib, digər bir təyyarə isə artıq Atatürk aeroportuna istiqamət götürüb”.
Qeyd edək ki, İstanbulda kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 142 uçuşu müvəqqəti dayandırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hava_seraiti_ile_elaqedar_Istanbuldan_Azerbaycana_olan_uchuslar_texire_salinib-915493

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR