Dağıstanda silahlı insident, ölü və yaralılar var

Dağıstanda silahlı insident, ölü və yaralılar var
12:21 30 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağıstanda naməlum şəxslər Narınqala tarixi abidəsini ziyarət edən bir qrup şəxsə atəş açıblar. İnsident zamanı 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

ANS PRESS-in Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarından atəş açılan şəxslərin hərbçilər olduğu bildirilib. Hadisə gecə saatlarında sərhədçilər qalanın ərazisinə nəzarəti həyata keçirən zaman baş verib.

Mənbənin sözlərinə görə, onlara meşə massivi istiqamətindən atəş açılıb.

Hadisə yerindən 60-dən çox giliz, o cümlədən avtomat tapılıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105, 167 və 222-cü maddələri ilə cinayət işi açılıb. Məsləni Dağıstan prezidenti Ramazan Abdulatipov nəzarətə götürüb və bildirib ki, hökümət günahkarların tapılıb məsuliyyətə cəlb edilməsi üçün bütün lazımı tədbirlər görəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR