Bakıda nağd dollar qıtlığı davam edir

12:22 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olam rəsmi məzənnəsi 1,5594 AZN/USD səviyyəsində açıqlansa da, dünən, dekabrın 29-də keçirilən valyuta hərraclarında tələbin qarşılanmaması nəticəsində bu gün valyuta bazarında müşahidə olunan qıtlıq davam edir. Xatırladaq ki, AMB dünəndən etibarən saat 15:30-da keçirdiyi hərracın vaxtını saat 11:45-ə keçirib. Əgər bugünkü hərracda da AMB tələbi qarşılamasa, satış məzənnəsinin bayram günlərində 2,00 manata doğru yüksələcəyi istisna edilmir.
Məlumat üçün bildirək ki, AMB dünən tələbin 50%-ni qarşıladığından, axsam saatlarında satış məzənnəsi 1,75 AZN/USD-yə yaxınlaşıb. Hazırda 28 May küçəsində yerləşən "Azər-Türk Bank" ASC-də dollar satışı həyata keçirilir və bu, 1,62 AZN/USD qiyməti ilə aparılır, satışın həcmi adambaşına 1 000 dollar məbləği ilə məhdudlaşdırılıb.
Qeyd edək ki, valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı "ən yaxşı təklif" prinsipi ilə həyata keçirir. Dekabrın 29-da 100 mln. dollara yaxın valyuta satan AMB-nin mütəşəkkil valyuta bazarına intervensiyasının bu gün də yüksək olacağı gözlənilir. Həftəsonu yaranan məzənnə riskinə getmək istəməyən insanların Yeni il bayramına qədər manat vəsaitlərini dollara çevirəcəkləri istisna edilmir. Bu səbəbdən bayrama qədər AMB-nin valyuta satışının yüksək olması proqnozlaşdırılır. Rəsmi məzənnənin isə hər gün artması insanların valyuta alışını daha da stimullaşdırır.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/bakida-nagd-dollar-qitligi-davam-edir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR