Azərbaycan Milli Kitabxanasında “Rumın ədəbiyyatı gecəsi” keçiriləcək

Azərbaycan Milli Kitabxanasında “Rumın ədəbiyyatı gecəsi” keçiriləcək
12:23 30 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Rumıniyanın ölkəmizdəki səfiri Daniel Kristian Çiobanu M.F.Axundzadə adına Azərbaycandakı Milli Kitabxanasında olub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonağa dünyanın 70-dən artıq kitabxanası və ayrı-ayrı təşkilatları ilə beynəlxalq kitab mübadiləsi apardıqlarını, 30-dan artıq ölkənin kitabxanaları ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə memorandum imzaladıqlarını bildirib. Təəssüflə qeyd edib ki, Rumıniya Milli Kitabxanası ilə əlaqə yaratmağa çalışsalar da, cəhdləri uğursuz nəticələnib. O, səfirdən milli kitabxanalar arasında əlaqə yaratmağa yardımçı olmağı xahiş edib.
Daniel Kristian Çiobanu Rumıniya ilə Azərbaycan arasında sıx, dostluq əlaqələrinin olduğunu bir daha nəzərə çatdırıb. O, Azərbaycan Milli Kitabxanasının həmişə xoş sədasını eşitdiyini söyləyib və Milli Kitabxana ilə birgə əməkdaşlıq layihəsi təklif edib. Diplomat Rumıniya Mədəniyyət günləri çərçivəsində Milli Kitabxanada “Rumın ədəbiyyatı gecəsi” keçirilməsi təklifini irəli sürüb. Təklif Milli Kitabxana rəhbərliyi tərəfindən bəyənilib və qəbul edilən layihəyə əsasən ədəbiyyat gecəsinin yanvarın 15-də keçirilməsi qərara alınıb.
Qonağa Azərbaycanla bağlı kitablar hədiyyə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Milli_Kitabxanasinda_Rumin_edebiyyati_gecesi_kechirilecek-915495

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR