30 yaşlı kişini bıçaqlayıb aradan çıxdılar

30 yaşlı kişini bıçaqlayıb aradan çıxdılar
12:36 30 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə bıçaqlanma hadisəsi baş verib. 30 yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, şəhərin Ş. Qurbanov küçəsi 1-ci Döngə ev 1 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Vasif Fəzamil oğlu Novruzov döş qəfəsinin daxilə keçən kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanasına çatdırılıb. V. Novruzovun üzərində dərhal cərrahiyyə əməliyyatı aparılıb. Yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Hazırda cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.

30 yaşlı kişinin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

İki həftə əvvəl də Gəncədə bıçaqlanma hadisəsi baş verib. 42 yaşlı kişi naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Hadisə Gəncə Dram Teatrının yaxınlığında qeydə alınıb. Samux rayonunun Kolayır kənd sakini Muradil Əşrəf oğlu Misirov naməlum şəxs və ya şəxslər tərəfindən aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368485

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR