Bakı, 30 dekabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev yanvarın 8-də saat 10:00-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində (Qarabağ prospekti) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı Masallı şəhərinin və bölgədə yerləşən Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar yanvarın 7-si saat 10:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Astara Gömrük İdarəsi (əlaqə telefonu: (025) 225-10-06) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.