Kriştianu Ronaldu rus rəqqasəni tovlayır - FOTO

Kriştianu Ronaldu rus rəqqasəni tovlayır - FOTO
12:57 30 Dekabr 2015
112 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiyalı rəqqasə, tverk ifaçısı Alyona Aleksandrova İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldunun onunla İnstagram-da tanış olduğunu və yazışdığını təsdiqləyib.
Milli.Az LifeNews-a istinadən bildirir ki, Ronaldu onunla görüşmək istəyib.
"Lakin həmin adamın gerçəkdən də Kriştianu Ronaldu olduğuna tam əmin deyiləm. Üstəlik, sevgilim var və Ronaldu ilə görüşmək istəmirəm. Di gəl, mənimlə yazışan adamın profilinin 45 milyon daimi təqibçisi var. Yəqin, elə Ronaldunun özüdür", - A.Aleksandrova deyib.

O daha sonra bildirib ki, Ronaldu İnstagram-da onu birbaşa aramayıb: "Tverk oynadığım bir videonu gördü, sonra akkauntumu uzun müddət axtarıb. Çox ünsiyyətdə olduğumuzu deyə bilmərəm. Hələlik rəqsimi və xarici görkəmimi müzakirə edirik. Yəni dostlar kimi yazışırıq. Ondan selfisini göndərməsini istədim, "Send me your selfy right now" yazdım. O isə masajda olduğunu, selfini sonra göndərəcəyini yazdı. Ronaldunun sevgilisi olmaq niyyətim yoxdur. Sadəcə, yazışırıq".
 

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR