Sabah Bakıda qar yağacaq

Sabah Bakıda qar yağacaq
12:57 30 Dekabr 2015
67 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Dekabrın 31-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 30-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var.
Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə və gündüz 2-5 isti, axşama doğru 0 dərəcəyə yaxın, Bakıda gecə və gündüz 3-5 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxın olacağı gözlənilir
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qara, qar yağacağı gözlənilir, Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək şaxta, gündüz 2 dərəcə şaxtadan 3dərəcəyədək isit olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/sabah-bakida-qar-yagacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR