İsrafil İsrafilovun teatr direktoru vəzifəsində səlahiyyət müddəti başa çatıb - EKSKLÜZİV

İsrafil İsrafilovun teatr direktoru vəzifəsində səlahiyyət müddəti başa çatıb - EKSKLÜZİV
13:02 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov vəzifəsindən gedir. "Report"un xəbərinə görə, İsrafil İsrafilovla Mədəniyyət və Turizm Nazirliyi arasında bağlanmış müqavilənin müddəti bu gün başa çatır. O, iş otağındakı şəxsi əşyalarını evinə aparmaq üçün yığıb.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxəmmədov "Report"a açıqlamasında bildirib ki, nazirliklə bağlanan müqavilə müddəti bitdiyi üçün kadrların işinə xitam verilməsi faktları var: "Kadrlarla bağlı hər hansı dəyişiklik baş verərsə, bununla bağlı nazirliyin rəsmi saytı vasitəsilə ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, 2015-ci il avqustun 31-də Mədəniyyət və Turizm Nazirliyi Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla olan müqaviləni ilin sonunadək yeniləmişdi.
Xatırladaq ki, İ.İsrafilov ilk dəfə 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru təyin edilib.
Akademik Milli Dram Teatrına yeni direktorun nə zaman təyin ediləcəyi hələlik məlum deyil. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/i-srafil-i-srafilovun-teatr-direktoru-vezifesinde-selahiyyet-muddeti-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR