Polşalı olimpiya çempionu vəfat edib

Polşalı olimpiya çempionu vəfat edib
13:07 30 Dekabr 2015
13 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Polşalı olimpiya çempionu Eljbeta Kşesinskaya vəfat edib. "Report"un məlumatına görə, o, 81 yaşında dünyasını dəyişib.
1956-cı ildə Avstraliyanın Melbrun şəhərində keçirilmiş XVI Yay Olimpiya Oyunlarında uzunluğa tullanma üzrə qızıl medal qazanmış Kşesinskaya 6.35 metr göstərici ilə dünya rekorduna imza atıb. Bundan 4 ildən sonra İtaliyanın paytaxtın Romada o, olimpiadanın gümüş medalına sahib çıxıb.
Kşesinskaya idmançı karyerasını başa vurduqdan sonra ABŞ-a yollanıb və orada yüngül atletika üzrə məşqçilik fəaliyyəti ilə məşğul olub. 2001-ci ildə isə o, vətəni Polşaya qayıdıb.

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/olimpiya-cempionu-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR