Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Zirə Mədəniyyət Mərkəzinin açılışında

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Zirə Mədəniyyət Mərkəzinin açılışında
13:12 30 Dekabr 2015
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 30-da Bakının Xəzər rayonunda Zirə Mədəniyyət Mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış oldu.

Sonra Prezident İlham Əliyev Xəzər rayonu və Zirə qəsəbəsi ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Prezident İlham Əliyev elektromobillə Mərkəzin ərazisini gəzdi.

Dövlətimizin başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Mərkəzin ərazisində ağac əkdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/394266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR