Prezident ailəsi ilə birlikdə açılışda

Prezident ailəsi ilə birlikdə açılışda
13:16 30 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Xəzər rayonunda Zirə Mədəniyyət Mərkəzinin açılışı olub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısı binada yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev elektromobillə Mərkəzin ərazisini gəzib.

Sonra Prezident İlham Əliyev Xəzər rayonu və Zirə qəsəbəsi ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Dövlətimizin başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Mərkəzin ərazisində ağac əkiblər.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR