Prezident İlham Əliyev Zirədə Mədəniyyət Mərkəzi açıb

Prezident İlham Əliyev Zirədə Mədəniyyət Mərkəzi açıb
13:19 30 Dekabr 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 30-da Bakının Xəzər rayonunda Zirə Mədəniyyət Mərkəzinin açılışı olub.

 

Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

 

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı binada yaradılan şəraitlə tanış olub.

Daha sonra Prezident İlham Əliyev Xəzər rayonu və Zirə qəsəbəsi ictimaiyyətinin nümayəndələri ilə görüşüb və elektromobillə Mərkəzin ərazisini gəzib.

 

Dövlət başçısı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sonda Mərkəzin ərazisində ağac əkiblər.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR