Gəncəlilər üçün özəl gün - FOTO

Gəncəlilər üçün özəl gün - FOTO
13:27 30 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

Tarix boyu azadlıq, istiqlaliyyət uğrunda mübarizə aparan, qurbanlar verən qədim və qəhrəman Gəncə şəhərinin adının bərpasından 26 il keçir. İgid və mərd gəncəlilər illərlə Gəncənin adının özünə qaytarılmasına çalışıblar. Kəpəz TV (Region TV) xəbər verir ki, xalqın ziyalılarının, eləcə də mütərəqqi fikirli vətəndaşların təkidi ilə məhz 1989-cu ilin 30 dekabrında qədim Gəncə öz adına qovuşub.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 30 dekabr 1989-cu il tarixli Fərmanı:
"Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çoxsaylı müraciətini, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR Konstitusiyasının 114-cü maddəsinə (18-ci bənd) uyğun olaraq Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:
Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın".

Bəli... Bu qərar şəhərin adını, keçmişini tarixdən silmək istəyənlər üzərində qazanılan qələbə idi. Gəncə iki əsrə yaxın davam edən mübarizədən qalib çıxmışdı... Nə tənqidlər, nə də təqiblər "Gəncə" adının və o adla birlikdə şəhərin qədim tarixinin hafizələrdən silinməsinə, yox olmasına gətirib çıxara bilmədi...

Şəhərin adı ilk dəfə 1804-cü ildə dəyişdirilib. Düz 114 il igidlər, ərənlər məskəni olan Gəncə "Yelizavetpol" adlandırılıb. 1918-ci ilədək.

Həmin ilin 30 iyununda "xalqa azadlıq tamını dadızdıran" AXC-nin rəhbərliyi tarixi qərar qəbul edir və Yelizavetpol Gəncə ilə əvəzlənir. Lakin tarixi hadisələr nəticəsində şəhərin adı bir müddət sonra yenidən dəyişdirilir və 1935-ci ilin 22 fevralında Kirovabad olur. Gəncəlilər uzun müddət əzəli adın şəhərə qaytarılmasını arzulayırlar. Bunu birbaşa etmək mümkün olmadığı dövrdə qətiyyətli addım ulu öndər Heydər Əliyevdən gəlir. 1980-ci ildə iki rayona bölünən Kirovabadın rayonlarından biri Gəncə adlandırılır, salınan yeni yaşayış massivinə Yeni Gəncə adı verilir. Bunun ardından şəhərin adının bərpası istiqamətində işlərə başlanıldı.

Nüşabə Məmmədli - əməkdar jurnalist: "Mən düşünürəm ki, elə bir azərbaycanlı tapılmaz ki, Gəncə adının bərpa olunmasını istəməsin. Sadəcə mənim qismətimə düşdü ki, yüksək tribunada bunu dilə gətirim. Bu 1987-ci il 13 fevralda olub. Azərbaycan jurnalistlərinin VII Qurultayında. Bu qurultayda Moskvadan, mərkəzi komitədən çox nüfuzlu adamlar iştirak edirdilər. Bütün respublikamızın rəhbərliyi də burada idi. Mən bu məsələni qaldıranda təbii şok effekti yarandı".

Təpkilərə baxmayaraq, 1988-ci ilin sonu - 1989-cu ilin əvvəllərindən başlayaraq Gəncə adının bərpası uğrunda şəhər əhalisi imzatoplanma kampaniyasına başladı. Kampaniya nəticəsində 60 minə yaxın imza toplandı. Xalqın təkidi 1989-cu ilin noyabr-dekabr aylarında bəhrə verdi. 29 noyabrda Kirovabad Şəhər Xalq Deputatları Sovetinin sessiyasında sözügedən məsələ müzakirə olundu. Gəncə adının bərpası təklifi qəbul edildi və ertəsi gün qərar verildi. Həmin ilin 30 dekabrında isə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti bu qərarı təsdiq etdi.

Bu gün 4000 illik yaşı olan Gəncə öz adını qürurla, məsuliyyətlə daşıyır və "Mən gəncəliyəm" deyən hər bir kəs də bu qüruru, məsuliyyəti hiss edir. Bu ad hər səslənəndə tarixin sınaqlarından üzü ağ çıxan xalqın boyunəyməzliyini, öz keçmişinə, tarixinə, milli dəyərlərinə sahib çıxdığını bəyan edir. Adınla min yaşa, Qədim Gəncə!

Milli.Az








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ-da Marsda həyatın imitasiyası üzrə 8 aylıq eksperiment başa çatıb

19 Sentyabr 2017 15:47

Baş Prokurorluq "Turan"la bağlı məlumat yaydı

19 Sentyabr 2017 15:44

Üzən məktəblər: bu binaların analoqu yoxdur - FOTOLAR

19 Sentyabr 2017 15:43

Toyda meyxanaçılar arasında DAVA

19 Sentyabr 2017 15:43

Azərbaycanda hamilə və 2 yaşadək körpəsi olan qadınlar üçün təhsilhaqqının ləğv edilməsi təklif edilir

19 Sentyabr 2017 15:42

“Unibank” ipoteka kreditlərini ucuzlaşdırıb

19 Sentyabr 2017 15:42

Generalların məhkəməsində keçmiş MTN əməkdaşları ifadə verib

19 Sentyabr 2017 15:42

Pensiyalar artıb: 430 manat

19 Sentyabr 2017 15:39

Çərçivəsiz ekranlı “OUKITEL Mix 2” və “OUKITEL C8” smartfonları təqdim olunub

19 Sentyabr 2017 15:35

12 yaşlı qızın intim fotosu BAŞINA BƏLA OLDU

19 Sentyabr 2017 15:33

Nicatla Rəşad Dağlı əlbəyaxa oldu - Toy yarımçıq qaldı

19 Sentyabr 2017 15:29

Siqaretdən istifadəni məhdudlaşdıran qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq

19 Sentyabr 2017 15:27

"Azercell" tələbələr üçün növbəti təqaüd proqramına başlayıb

19 Sentyabr 2017 15:27

Tbilisidə dünya futbol ulduzlarının iştirakı ilə xeyriyyə matçı keçiriləcək

19 Sentyabr 2017 15:27

Abşeronda dələduzluqda təqsirləndirilən bələdiyyə sədrinə daha bir cinayət işi açılıb

19 Sentyabr 2017 15:27

Bakının bu ərazilərində köhnə binalar sökülür

19 Sentyabr 2017 15:27

"Leninin, Stalinin, "26 Bakı komissarı"nın heykəlləri uçurulmamlı idi" - Komitə sədrindən ŞOK ETİRAZ

19 Sentyabr 2017 15:24

Azərbaycanda sovet dövrünün abidələrindən ibarət park yaradılsın - TƏKLİF

19 Sentyabr 2017 15:23

Sabirabadda ana doğuşdan sonra ölüb

19 Sentyabr 2017 15:22

Azərbaycanda 2 nəfəri bir qəbirdə basdırmaq...

19 Sentyabr 2017 15:20

Hamilə arvadını döydü, yandırdı, zorla qeyri-təbii yolla əlaqəyə girdi və... - Bakıdakı DƏHŞƏTİN ŞOK TƏFƏRRÜATI

19 Sentyabr 2017 15:18

Premyer Liqa klublarının futbolçulardan topinq-test götürüldü

19 Sentyabr 2017 15:17

"Qarabağ"ın oyununa 45 min bilet satılıb

19 Sentyabr 2017 15:17

Müdafiə naziri Ermənistanla sərhəddə yerləşən hərbi hissələrdə... - FOTOLAR

19 Sentyabr 2017 15:14

Türkiyə-Yunanıstan-İtaliya təbii qaz ticarətinin inkişafı ilə bağlı anlaşma imzalayıb

19 Sentyabr 2017 15:12

"Qarabağ"- "Roma" matçına 45 min bilet satılıb

19 Sentyabr 2017 15:10

Oğurluğa görə həbs olunan futbolçu sərbəst buraxıldı

19 Sentyabr 2017 15:09

Zakir Həsənov Azərbaycan-Ermənistan dövlət sərhədinin müdafiə zolağında yerləşən hərbi hissələrdə olub

19 Sentyabr 2017 15:07

Səfir: "Azərbaycanda yapon dilinə maraq artır"

19 Sentyabr 2017 15:07

Roza Zərtgərli Qazaxıstanda - FOTO

19 Sentyabr 2017 15:04

İlham Əliyev: "Mən çalışıram və çalışacağam ki, Azərbaycan xalqı yaxşı yaşasın"

19 Sentyabr 2017 15:03

Saakaşvili Kiyevə gəldi – SON DƏQİQƏ

19 Sentyabr 2017 15:03

Rusiya hərbi gəmiləri Bakıda

19 Sentyabr 2017 15:03

Deputat: “Lenin və Stalinin heykəllərini, “26 Bakı komissarı”nın şərəfinə ucaldılmış abidəni yığıb saxlamaq lazımdır”

19 Sentyabr 2017 15:02

Ana fəryadı: “Daha bu yükü daşıya bilmirəm” - VİDEO

19 Sentyabr 2017 14:59

Azərbaycana gəlişləri məhdudlaşdırıldı

19 Sentyabr 2017 14:59

AMB: Azərbaycanda qiymətlərin uyğunlaşması prosesi ləng gedir

19 Sentyabr 2017 14:57

Ağdamda ev yandı

19 Sentyabr 2017 14:55

® Azercell-in növbəti fəxri təqaüdçüsü adını sən də qazan!

19 Sentyabr 2017 14:54

Məndən adam olmayıb, olmayacaq da...

19 Sentyabr 2017 14:53

Tələbənin qətlindən sonra Corciyada etirazlar başlayıb

19 Sentyabr 2017 14:52

Azərbaycan Premyer Liqasında ötən turun bütün oyunlarından sonra futbolçulardan dopinq-testlər götürülüb

19 Sentyabr 2017 14:52

“Azericard” prosessinq mərkəzi tender keçirir

19 Sentyabr 2017 14:52

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyi

19 Sentyabr 2017 14:50

Qadınların kişilər üzərində MİSTİK GÜCÜ haqqında maraqlı faktlar

19 Sentyabr 2017 14:48

Dövlət Miqrasiya Xidməti: Ötən ay 272 əcnəbinin Azərbaycanda yaşaması leqallaşdırılıb

19 Sentyabr 2017 14:47

"Topaz"da bu gün

19 Sentyabr 2017 14:47

Qızıl ucuzlaşacaq

19 Sentyabr 2017 14:47

“İlk növbədə Amerika!” - Trampın nitqinin tezisləri MƏLUM OLDU

19 Sentyabr 2017 14:38

Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb

19 Sentyabr 2017 14:37