73 dəmiryolçuya yeni mənzil verildi

73 dəmiryolçuya yeni mənzil verildi
13:28 30 Dekabr 2015
55 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş yığıncaq keçirilib.

Qurumun mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov iştirakçıları 31 dekabr - Dünya Azətbaycanlılarının Həmrəylik Günü və yeni 2016-cı il münasibətilə təbrik edib.

Sonra C.Qurbanov il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Sonra yeni il ərəfəsində 73 dəmiryolçuya yeni mənzillərin açarları təqdim olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR