Tanınmış alim və şair-publisist Knyaz Aslanın yubileyi qeyd olunub

13:33 30 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
“Qafqaz Media” İctimai Birliyində (İB) tanınmış alim, BDU-nun kafedra müdiri, şair-publisist, filologiya üzrə fəlsəfə doktoru Knyaz Aslanın 55 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, birliyin sədri Azadə Hüseynova Knyaz Aslanın həyat və fəaliyyətindən söhbət açıb.
Bildirilib ki, Gürcüstanın Başkeçid rayonunda dünyaya göz açan K.Aslan orta məktəbi qızıl medala bitirib. Bakı Dövlət Universitetini, bu təhsil ocağının aspiranturasını bitirib. Qarabağda, döyüş bölgələrində olub, Qarabağ müharibəsi iştirakçıları, şəhidləri, qaziləri haqqında çoxsaylı oçerklərin müəllifidir.
Çıxış edənlər bildiriblər ki, K.Aslan 1000-ə yaxın elmi, elmi-kütləvi, ədəbi-publisistik məqalənin, 5 monoqrafiyanın, 30-a yaxın kitabın müəllifidir. Həmçinin, bir çox elmi, publisistik və bədii kitabların, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin “Ön söz” müəllifi, rəyçisi və redaktorudur. Onun şeirləri rus, ingilis və alman dillərinə tərcümə olunub. O, özü də A.Puşkin, M.Lermontov, S.Yesenin, T.Şevçenko və digər şairlərin əsərlərini Azərbaycan dilinə uğurla tərcümə edib.
Tədbirdə qiraət ustaları yubilyarın əsərlərindən nümunələr səsləndiriblər.
A.Hüseynova K. Aslana gənc nəslin yetişməsində göstərdiyi xidmətlərə görə “Ustad sənətkar” diplomu təqdim edib.
Sonda K.Aslan tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taninmis_alim_ve_sair_publisist_Knyaz_Aslanin_yubileyi_qeyd_olunub-915524

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR