Məşhur ulduz: "Məkkədə göz yaşlarımı saxlaya bilmədim" (VİDEO,FOTO)

Məşhur ulduz: "Məkkədə göz yaşlarımı saxlaya bilmədim" (VİDEO,FOTO)
13:41 30 Dekabr 2015
104 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur futbolçusu Hakan Çalhanoğlu Dünya müsəlmanlarının əsas müqəddəs şəhəri hesab olunan Məkkə və Mədinəni ziyarət edib.

ANS PRESS-in məlumatına görə, “Bayer Leverkuzen”in istedadlı ulduz futbolçusu Hakan Çalhanoğlu “İnstaqram” səhifəsində Məkkə və Mədinə şəhərindən şəkil paylaşıb.

Futbolçu bütün izləyicilərinə müqəddəs torpaqları ziyarət etməsini arzu edib:

“Allahım inşallah hamınıza qismət olar. Həqiqətən bu hissləri keçirməyinizi istəyirəm. Kəbəni görən kimi göz yaşlarımı tuta bilmədim”-bu sözləri Hakan paylaşdığı şəkilinin altında yazıb.


Hakan Çalhanoğlunun "İnstaqram" səhifəsi


Hakan Çalhanoğlu Mədinədə

Hakan Çalhanoğlu 1994-cü ildə Almaniyanın Manheyn şəhərində anadan olub. 2014-cü ildə futbolçu "Hamburq"dan "Bayer Leverkuzen"ə transfer olunub. O komanda ilə 2019-ci ilə qədər müqavilə imzalayıb. Çalhanoğlu dəqiq ötürmələri, meydan görüşü və cərimə zərbələri ilə seçilir.

O, "Hamburq" klubunda çıxş edən zamanı "Borussiya Dortmund" klubuna cərimə zərbəsi ilə meydanın mərkəzindən qol vurub.


Hakan Çalhanoğlunun "Borussiya Dortmund"a vurduğu qol

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR