Qəsdlə həmkəndlilərinin üstünə maşın sürdü: 1 ölü, 1 yaralı

Qəsdlə həmkəndlilərinin üstünə maşın sürdü: 1 ölü, 1 yaralı
13:47 30 Dekabr 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi (DİN) Qusarda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
 
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 29-da Qusar rayonunun İmamqulu kəndində kənd sakini Habil Abbasov münaqişə zəminində idarə etdiyi "Opel" markalı avtomobillə həmkəndliləri Əliverdi Mirzəyevi və Ziyəddin Ağasıbəyovu vurub, hadisə yerini tərk edib. Ə.Mirzəyev hadisə yerində ölüb, Z.Ağasibəyov isə xəstəxanaya yerləşdirilib.
 
Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Abbasov tutulub.
 
Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR