Jirinovski prezident İlham Əliyevi təbrik edib

Jirinovski prezident İlham Əliyevi təbrik edib
13:59 30 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovski Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının deputatları adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizin müdrikliyiniz, peşəkarlığınız, doğma ölkənizə və xalqınıza sədaqətiniz nəzərdə tutulan kurs üzrə düzgün irəliləməyinizə və mühüm dövlət proqramlarının səmərəli şəkildə həyata keçirilməsini davam etdirməyinizə kömək edir. Prezident vəzifəsində Sizin qazandığınız zəfərlər həqiqətən ölçüyəgəlməzdir və artıq ölkənizin ən yeni tarixinə yazılıb.

Sizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar arzulayıram".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227146

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR