Türkiyə faciənin bir addımlığından döndü(VİDEO)

Türkiyə faciənin bir addımlığından döndü(VİDEO)
14:11 30 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Mardin şəhərinin Darkeçid rayonunda 2 ton partlayıcı maddə polis tərəfindən ələ keçirilib.

ANS PRESS-in məlumatına görə, Korucu məhəlləsində aparılan axtarış əməliyyatları nəticəsində PKK - ya məxsus olduğu deyilən 24 minaatan 14 əl bombası, 2 ton partlamağa hazır kustar üsulla hazırlanmış partlayıcı maddə aşkarlanaraq götürülüb. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 5 terrorçu zərərsizləşdirilib.


Aşkar edilən partlayıcı maddə


Aşkar edilən silah sursat


Türkiyədə gərginləşən vəziyyət fonunda ötən gün Mardində həmçinin PKK terrorçularının Məscid yaxınlığındakı zibil qablarından birində yerləşdirdikləri 150 kq partlayıcı maddə sakinlərin şübhələnərək polisə xəbər verməsi sayəsində aşkarlanıb.

Ötən gün baş verən hər iki hadisədən sonra dekabrın 11-də şəhərdə qoyulan küçəyə çıxmaq qadağası aradan qaldırılıb.

Böyük bir faciənin bir addımlığından dönən mardinlilər polis və bomba mütəxəsislərinin çalışmalarından sonra partlayıcı maddə zərərsizləşdirilib. Partladılaraq zərərsizləşdilirilən bomba ətrafdakı binalara zərər verib.


150 kq partlayıcı maddənin polis tərəfindən aşkar edilməsi.

Bundan bir neçə gün əvvəl 24 dekabrda Mardinin Darkeçid bölgəsində PKK terror quruplaşması mülki vətəndaşın evinə hücm etməsi nəticəsində 2 nəfər həyatını itiirb 2 nəfər isə ağır yaralanıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368494

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR