Prezident aztəminatlı ailələr haqqında sərəncam verdi

Prezident aztəminatlı ailələr haqqında sərəncam verdi
14:16 30 Dekabr 2015
126 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev bayramqabağı aztəminatlı ailələr haqqında sərəncam verib. ANS PRESS-in məlumatına görə, sərəncam belə ailələrə birdəfəlik yardımın verilməsi ilə bağlıdır.

Sərəncamda qeyd edilir ki, 2015-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 50 (əlli) manat məbləğində birdəfəlik yardım ödənilsin.

Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5,3 milyon (beş milyon üç yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin etmək tapşırılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368520

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR