Balakəndə ferma yandı

Balakəndə ferma yandı
14:17 30 Dekabr 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

KANAL S (REGİON TV) xəbər verir ki, Balakənin Katex kəndində yanğın hadisəsi qeydə alınıb. Kənd sakini Kənan Piriyevə məxsus, ümumi sahəsi 820 kv.m olan ferma tipli mal damı yanıb. Hadisə nəticəsində tikilinin çardaq hissəsinin yanar konstruksiyaları və 40 ton quru ot yararsız hala düşüb. Əraziyə FHN-in Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/394286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR