TÜRKSOY millət vəkilini medalla mükafatlandırıb

TÜRKSOY millət vəkilini medalla mükafatlandırıb
14:19 30 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva türk dünyasına xidmətlərinə görə TÜRKSOY tərəfindən medala layiq görülüb.

Lent.az-ın məlumatına görə, TÜRKSOY-un baş katibi Düsen Kaseinov medalı millət vəkilinə təqdim edərkən Q.Paşayevanın türk dünyasının birliyi, bərabərliyi, bir-birini yaxından tanıması və sahiblənməsi üçün aktiv çalışmaqla bərabər, türk dövlət və toplumlarında baş verən hadisələrə hər zaman həssas münasibət göstərdiyini, iştirak etdiyi beynəlxalq təşkilat və platformalarda bütün türk dünyasının səsi olmağa çalışdığını və TÜRKSOY-un fəaliyyətinin güclənməsinə çalışdığını deyib.

Millət vəkili  TÜRKSOY-a, üzvlərinə, baş katibə təşəkkür edərək bütün Türk dünyasını TÜRKSOY-a daha da çox dəstək göstərməyə çağırıb.  

Qeyd edək ki, görüş və medalın təqdimatı zamanı TÜRKSOY-un 2016-ci ildə planlaşdırdığı önəmli layihələr, bir sıra Türk toplumlarının üzləşdiyi ağrı-acılardan da danışılıb və millət vəkili Q. Paşayeva bildirib ki, Dağlıq Qarabağ məsələsində də Türk dövlət və toplumları ilə bağlı önəmli məsələlərdə də Türk dünyası hər zaman birlikdə olmalıdır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR