"ASAN xidmət”də 5 gün qeyri-iş günü olacaq

"ASAN xidmət”də 5 gün qeyri-iş günü olacaq
14:34 30 Dekabr 2015
49 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində 31.12.2015 - 4.01.2016-cı il tarixlərində qeyri-iş günü olacaq. Lent.az-ın məlumatına görə, yanvarın 5-dən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

 

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227152

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR