Salyanda fərdi yaşayış evində yanğın baş verib, bir nəfər ölüb

Salyanda fərdi yaşayış evində yanğın baş verib, bir nəfər ölüb
14:42 30 Dekabr 2015
39 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT. AZ/ Salyanda fərdi yaşayış evində baş verən yanğın zamanı bir nəfər ölüb, bir nəfər isə yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev və Elçin İmanov küçəsinin kəsişdiyi yerdə qeydə alınıb.
Belə ki, Salyan şəhər sakini, 53 yaşlı Rəsul Əbülfəz oğlu Nəcəfova məxsus üç otaqlı fərdi yaşayış evi yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Salyan Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğısöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Buna baxmayaraq ev yararsız hala düşüb. Yanğın zamanı evdə olan 77 yaşlı Şəfiqə Məmməd qızı Nəcəfova tüstüdən zəhərlənib. Yaşlı qadın yerinə təcili tibbi yardım maşını ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılsa da orada dünyasını dəyişib. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/salyanda-ecde-yangi-olub-bir-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR