“Günəşli” yatağında yanğının söndürülməsi və itkin düşənlərin axtarışı davam etdirilir (SON VİDEO)

“Günəşli” yatağında yanğının söndürülməsi və itkin düşənlərin axtarışı davam etdirilir (SON VİDEO)
14:43 30 Dekabr 2015
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir. Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürmə gəmiləri, habelə özülə desant edilmiş yanğınsöndürmə manqası fasiləsiz olaraq özüldəki yanğının söndürülməsi, aidiyyəti qurumlarının qüvvələri isə itkin düşənlərin axtarış işlərini həyata keçirir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR