Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilir

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilir
14:44 30 Dekabr 2015
12 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibi dəyişdirilir.

Bu barədə APA-ya açıqlamasında AzərbaycanınAŞPA-da nümayəndə heyətinin hazırkı sədri Səməd Seyidovbildirib.

 

Hər parlament seçkilərindən sonra nümayəndə heyətinin tərkibinin yeniləndiyini deyən S. Seyidov bildirib ki, bu dəfə tərkibdə dəyişiklik olacaq və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov tərəfindən bununla bağlı yanvarın 15-dən sonra AŞPA-ya məktub göndəriləcək: “Bundan sonra nümayəndə heyətinin yeni tərkibinin kimlərdən ibarət olduğu açıqlanacaq. Hələlik onu deyə bilərəm ki, yeni tərkibində indiki ilə müqayisədə bir neçə dəyişiklik olacaq”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227156

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR