Qusarda kişi dalaşdığı iki nəfəri maşınla əzdi (FOTO)

Qusarda kişi dalaşdığı iki nəfəri maşınla əzdi (FOTO)
14:51 30 Dekabr 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusarda qətl hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, qətl şəxsi münaqişə zəminində baş verib.

Hadisə rayonun İmamqulukənd kəndində qeydə alınıb. 32 yaşlı kənd sakini Habil Abbasov idarə etdiyi “Opel Zafira” markalı avtomobilli həmkəndliləri Əliverdi Mirəzyev və Ziyəddin Ağasıbəyovun üzərinə sürüb.

Nəticədə Əliverdi Mirzəyev hadisə yerində keçinib, Ziyyədin Ağasibəyov isə Qusar xəstəxanasına çatdırılıb.

Qusar prokurorluğunun böyük müstəntiqi Anar Salehov ANS PRESS-ə açıqlamasında artıq fakta görə, prokurorluqda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açıldığını deyib.
Bir həmkəndlisini həyatdan məhrum edən, digərini isə ağır yaralayan Habil Abbasovu Qusar polisi artıq saxlayıb.



Quesar sakini iki nəfəri bu maşınla vurub



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368523

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR