"ASAN xidmət" bayram günlərində işləməyəcək

"ASAN xidmət" bayram günlərində işləməyəcək
14:57 30 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar bütün "ASAN xidmət" mərkəzlərində 31 dekabr - 4 yanvar tarixlərində qeyri-iş günü olacaq. "ASAN xidmət"in informasiya təminatı şöbəsindən APA-ya verilən xəbərə görə, 5 yanvar tarixindən etibarən isə  vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər. 

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR