"Günəşli" yatağından son görüntülər (VİDEO)

"Günəşli" yatağından son görüntülər (VİDEO)
15:11 30 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəlaqə Hallar Nazirliyi “Günəşli” yatağındakı 10-cu özüldə yanğının söndürülməsi və itkin düşənlərin axtarışını davam etdirir.

FHN-dən ANS PRESS-ə verilən məlumata görə, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürmə gəmiləri, habelə özülə desant edilmiş yanğınsöndürmə manqası fasiləsiz olaraq özüldəki yanğının söndürülməsi, aidiyyəti qurumlarının qüvvələri isə itkin düşənlərin axtarış işlərini həyata keçirir.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR