Bakı, 30 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bilgəhdə yerləşən Müharibə və əmək əlilləri üçün pansionatda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bayram tədbiri keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə pansionatın bütün sakinlərinə xoş arzular çatdırılıb və geniş musiqili-əyləncəli proqram təqdim olunub.