Cavid Qurbanov: "3 saatlıq yol iki dəfə qısalacaq"

Cavid Qurbanov: "3 saatlıq yol iki dəfə qısalacaq"
15:52 30 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

"Bakı-Sumqayıt elektrik qatarı ilə hər gün 2600-3000 adam daşınır".
 
Milli.Az APA-ya istinadən bildirir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.
 
C. Qurbanovun sözlərinə görə, Biləcəri və Xırdalan dəmir yolu stansiyalarında işlər davam etdirilir.
 
"Hazırda danışıqlar aparırıq və yəqin ki, yeni elektrovozlar alınacaq. Zabrat xəttini, dairəvi yolun ikinci hissəsini də açsaq, vətəndaşlarımızın 3 saatlıq yolunu iki dəfə qısaltmış olacağıq. Bununla, bu ərazidə yaşayan 2 milyon insana xidmət etmiş olacağıq", - deyə o bildirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR