Dəmiryolçulara yeni mənzillərinin açarları təqdim edilib

Dəmiryolçulara yeni mənzillərinin açarları təqdim edilib
15:53 30 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, Elvin Camalov, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 74 dəmiryolçuya yeni mənzillərinin açarları təqdim olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 30-da “Azərbaycan Dəmir Yolları”da təşkil edilən yığıncaqda QSC-nin sədri Cavid Qurbanov il ərzində dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, Azərbaycanın “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Tədbirdə Yeni Azərbaycan Partiyasına üzv olan dəmiryolçulara üzvlük vəsiqələri də təqdim edilib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Demiryolchulara_yeni_menzillerinin_acharlari_teqdim_edilib-915580

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR