Prezident İlham Əliyev: “Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”

Prezident İlham Əliyev: “Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”
15:59 30 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

"Gələn il idarəetmə sahəsində islahatlar yeni formatda davam etdiriləcək"

 

“Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, bunu prezident İlham Əliyev Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışında Xəzər rayonunun bir qrup sakini ilə görüşdə deyib.

 

Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın yüksək səviyyədə qurulduğunu, burada hər cür şəraitin yaradıldığını bildirən ölkə başçısı ölkənin hər yerində, o cümlədən paytaxtda ictimai yerlərin, parkların yaradıldığını və bütün bunların da insanların rahatlığı üçün edildiyini diqqətə çatdırıb.

 

Son illərdə paytaxtın bütün kənd və qəsəbələri kimi Zirə qəsəbəsinin də inkişafının sürətlə getdiyini bildirən prezident İlham Əliyev Xəzər rayonundan deputat seçilən Mehriban Əliyevanın fəaliyyətinin bu prosesə mühüm töhfə verdiyini, ərazidə icra olunan ekoloji layihənin müəllifinin Leyla Əliyeva olduğunu deyib:

 

Ölkədə sosial və infrastruktur layihələrinin, Bakı və ətraf qəsəbələrin inkişafı ilə bağlı Dövlət Proqramının uğurla icra olunduğunu deyən prezident İlham Əliyev  2015-ci ildə Azərbaycanda ictimai sabitliyin təmin edildiyini deyərək növbəti illərdə ölkənin iqtisadi inkişafının təmin olunmasının diqqət mərkəzində saxlanacağını vurğulayıb.

 

Gələn il idarəetmə sahəsində islahatların yeni formatda davam etdiriləcəyini qeyd edən prezident İlham Əliyev icra orqanlarının fəaliyyətində, vergi və gömrük sahəsində şəffaflığın təmin ediləcəyini bildirib:  “Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür".

 

Sonda  dövlət başçısı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriklərini çatdırıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227171

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR