Bayramla əlaqədar Bakı metrosu saat 01:00-dək sərnişinlərə xidmət göstərəcək

Bayramla əlaqədar Bakı metrosu saat 01:00-dək sərnişinlərə xidmət göstərəcək
16:23 30 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, Elvin Camalov, AZƏRTAC
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar Bakı metrosu gecə saat 01:00-dək sərnişinlərə xidmət göstərəcək.
Bu barədə AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, dekabrın 31-də Bakı metrosunda qatarlar gecə saat 01:00-dək hərəkət edəcək. Əhalinin sıxlığı daha çox olarsa iş saatının artırılması da nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bayramla_elaqedar_Baki_metrosu_saat_0100_dek_sernisinlere_xidmet_gosterecek-915590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR