Prezidentin sərəncamı 105 mindən çox aztəminatlı ailəyə şamil olunacaq

Prezidentin sərəncamı 105 mindən çox aztəminatlı ailəyə şamil olunacaq
16:29 30 Dekabr 2015
133 Sosial
Ölkə mətbuatı
A- A+

 

"Azərbaycan prezidenti İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” 30 dekabr 2015-ci il tarixli Sərəncamı  aztəminatlı ailələrin sosial müdafiəsinin daim diqqətdə saxlanılmasının növbəti təzahürüdür".

 

Bunu APA-ya açıqlamasındaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

 

Nazirlik rəsmisi bildirib ki, sərəncamda 2015-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 50 manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulub. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan prezidentinin ehtiyat fondundan nazirliyə 5,3 milyon manat ayrılıb.

 

"Sərəncam ünvanlı dövlət sosial yardımı alan 105 120  ailəyə şamil olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin ailələrin  hər birinin  hesabına  50 manat məbləğində vəsaitin köçürülməsi təmin ediləcək", - deyə E. Babayev bildirib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227180

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR