«Yeni il» salatı

«Yeni il» salatı
16:31 30 Dekabr 2015
118 Şou
Ölkə mətbuatı
A- A+

Yeni il gecəsi xanımlar süfrəyə bir-birindən maraqlı yeməklər, salatlar düzürlər.

Axşam.az xarici KİV-ə istinadən "Yeni il" salatı təqdim edir.

Ərzaq:

Hisə verilmiş toyuq filesi - 200 qr.
Soğan - 1 ədəd
Çuğundur - 3 ədəd
Turşu xiyar - 3 ədəd
Kök - 4 ədəd
Turş alma - 2 ədəd
Kartof - 4 ədəd
Yumurta - 10 ədəd
Pendir - 50 qr.
Göyərti
Duz, istiot zövqə görə
Mayonez apardığı qədər
Sirkə - 3 x/q.

Hazırlanması:

Fileni xırda doğrayın. Soğanı halqa formasında nazik doğrayıb, üzərinə azca şəkər tozu əlavə olunmuş sirkə töküb, 5 dəqiqə saxlayın. Bişmiş çuğunduru, kartofu, kökü və yumurtanı sürtgəcdən keçirin. Qaynanmış kökün birini, yumurtanın isə altısını salatın üstünü bəzəmək üçün bütöv saxlayın. Almanı təmizləyib, sürtgəcdən keçirin.
 
Sonra bir qab götürüb, bir lay hisə verilmiş file, üzərinə sirkəli soğan, göyərti, çuğundur töküb, üstünə mayonez çəkin. Sonra sürtgəcdən keçirilmiş turşu xiyar, kök, alma və kartofun hərəsindən bir lay töküb, mayonez çəkin. Üzərini ortadan bölünmüş yumurta və köklə bəzəyin.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43440

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR