Azərbaycan İran və Türkiyə ilə də "Yaşıl Kart" çərçivəsində əməkdaşlıq edəcək

Azərbaycan İran və Türkiyə ilə də "Yaşıl Kart" çərçivəsində əməkdaşlıq edəcək
16:33 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanda “Yaşıl Kart” sisteminin fəaliyyətə başlaması üçün İcbari Sığorta Bürosu (İSB) tərəfindən müvafiq təkrar sığorta proqramı və bank zəmanəti Bürolar Şurasına təqdim edilib və növbəti mərhələ olaraq sistemə üzv olan 46 ölkənin "Yaşıl Kart" büroları ilə İSB arasında sənədlərin qarşılıqlı tanınmasına dair ikitərəfli sazişlərin bağlanması prosesinə başlanılıb.

Bürodan Trend-ə verilən məlumata görə, hazırda Avropa İqtisadi Zonasına daxil olan ölkələrin 24-ü, ümumilikdə isə 36 ölkə həmin sazişləri imzalayaraq bir nüsxəsini İcbari Sığorta Bürosuna, digərini isə Bürolar Şurasına göndərib. İcbari Sığorta Bürosu Azərbaycan "Yaşıl Kart"ların rəsmiləşdirilməsi məqsədilə 3 formada blanklar hazırlayıb. Birinci növ blanklar "Yaşıl Kart" sisteminə daxil olan bütün ölkələr, ikinci növ blanklar Türkiyə və İran, üçüncü növ isə Rusiya, Ukrayna, Belarus və Moldova üçün nəzərdə tutulub.

Qonşu ölkələrdən İran və Türkiyə ilə Azərbaycan arasında ikitərəfli sazişlərin qüvvəyə minmə tarixi müəyyən olduğu üçün "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar 2016-cı il yanvarın 1-dən etibarən yalnız Türkiyə və İrana münasibətdə Azərbaycan "Yaşıl Kart"larını rəsmiləşdirə biləcəklər.

İcbari Sığorta Bürosunun Avropa İqtisadi Zonasına daxil olan ölkələrlə bağladığı sazişlərin qüvvəyə minmə tarixi isə Bürolar Şurasının qərarına əsasən 18 fevral 2016-ci il tarixdən sonra bildiriləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2475937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR