"Milan" rus klubunun təklifini rədd etdi

Luis Adrianonun "Milan"dakı gələcəyi sual altındadı.

Braziliyalı futbolçu cari mövsümdə İtaliya A Seriyasında cəmi 8 dəfə "rossonerilər"in əsas heyətində meydana çıxıb. Mario BalotelliJeremi Menezin qayıdışı ilə Adrianonun oyun təcrübəsi daha da azala bilər.

"La Gazzetta dello Sport"un xəbərinə görə, braziliyalı futbolçu yanvarda "Milan"ı tərk edə bilər. "Qırmızı-qaralar" artıq "Krasnodar"ın təklifini rədd edib. Yaxın günlərdə ÇSKA-nın braziliyalı futbolçuya görə daha əlverişli təklif irəli sürəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR