Rusiya Qazaxıstandakı layihələrindən imtina edir

Rusiya Qazaxıstandakı layihələrindən imtina edir
16:47 30 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya maliyyə böhranı ilə əlaqədar olaraq Qazaxıstandakı layihələrindən imtina edir. 

Milli.Az "Report"a istinadən bildirir ki, Qazaxıstanda Rusiya investisiyaları hesabına həyata keçirilməli olan bir sıra layihələr dayandırılıb. Moskva isə dünya iqtisadiyyatı ilə bağlı konyunktur problemlərə əsaslanır.
Qeyd edək ki, bu layihələrin bəziləri rəsmi Astana və Moskva arasında uzun illər ərzində aparılan hökumətlərarası danışıqlarda müzakirə olunub və sonra razılaşma əldə olunub.
Avqust ayında isə Rusiyanın "LUKoyl" şirkəti özündə Qazaxıstandakı beş neft yatağını birləşdirən "Caspian Investments Resources Ltd" layihəsindəki 50 faizlik payını Çinin "Sinopec" şirkətinə 1,087 milyard dollara satıb.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR